Yun döşəklərdən
müasir matraslara keçə bilməyən insanların əksəriyyəti 2 məsələni əsas gətirirlər;
1-
“Yun döşəkdə yatmayanda
canım qızmır”. Yəni, istilik faktoru.
2-
“Vərdiş eləmişəm. Matrasda
yatanda eləbil bədənim taxtaya dəyir”.
Düzdür, yun
döşəklər ümumiyyətlə isti olur. İçərisi yun ilə doludur, havalanma mexanizmi
yoxdur və qalındır (bədəni uzananda kənarlardan az da olsa bürüyür), buna görə
də isti olur.
Amma, gəlin hər dədə-baba döşəklərin digər xüsusiyyətlərinə də baxaq;
1- Tamamilə allergendir: Yun döşəkdə patogen mikroorqanizmlər və toz gənələri həddən artıq çox olur. Çox günəş şüası almayan və ya rütubətli mühitlərdə isə ümumiyyətlə xəstəlik mənbəyinə çevrilə bilər.
2- Onurğaya xeyirli deyil: Ortopedik olmadığı üçün bel ağrıları olan insanlara rahat deyil, ağrıların daha da artmağına səbəb olur və daim yorğunluq yaradır.
3- İy-qox çox götürür: Çünki sıx yundan hazırlanır və havalanma mexanizmi yoxdur. Həmçinin tər və başqa faktorlarla birlikdə yun özü də iy verməyə başlayır.
Müasir matraslara niyə keçmək lazımdır?
1- Bunlar da isti saxlayır: Çox isti istəyirsinizsə onda yaysız Memory foam və ya tam latex
matrasa keçə bilərsiniz. Amma, normal istilik təmin edən matras istəyirsinizsə
sadəcə olaraq qalın pedli matras ala bilərsiniz. Əmin olun ki, üşüməyəcəksiniz,
canınız tam isinəcək.
2- Hipoallergendir: Bütün müasir matraslar hipoallergen deyil, lakin bizim bütün
matraslar hipoallergen olduğu üçün bunu yazırıq. Bu matrasların həm parçaları
allergiya yaradan materialdan deyil, həm də matrasın içərisində toz yaradan materiallar olmadığı üçün patogen mikroorqanizmlər yaranmır.
3- Bel ağrıları olanlar üçün
daha müsbət təsir edir: Heç bir matras beldəki
protruziyanı müalicə etmir, amma əgər artıq ağrılarınız varsa və ya istəmirsinizsə ki ağrılar yaransın, onda ortopedik matras seçin. Çünki, bu matraslarda onurğa qeyri-təbii
formada əyilmir, bədənin ağırlığı paylanılır, ağırlıq qarın və bel nahiyələrində cəmləşmir.
4- Baxmaq və təmiz saxlamaq
asandır: Çünki, nə hər həftə çıxarıb havaya verməyə
ehtiyac yoxdur, nə ildə ən az bir dəfə yun çırpıb döşək sırımağa.
5- İy-qox götürmür: Havalanma sistemi olduğu üçün nə bədəninizin təri, nə uşaqların
gecə çişləri matrasda qalıb iy yaratmır, buxarlanır.
İdeal matras olmur, hər bədən üçün ideal matras başqa texniki xüsusiyyətlərə malik ola bilər.
KOMFY bunu nəzərə alaraq matrası aldıqdan sonra düz 30 gün yatıb, ondan sonra istəməsiniz dəyişmək və ya qaytarmaq imkanı verir.
Rose ortopedik orta sert matrasımız haqqında ətraflı baxa bilərsiniz
