Niyə sərt matras?

10.02.2022

Niyə sərt matras almalısınız? 

Kimlər üçün sərt matras daha yaxşıdır?

Əvvəla onu bilmək vacibdir ki, matrasların sərtlik dərəcəsi ilə bağlı beynəlxalq qəbul olunan standartlar yoxdur (Müəyyən yanaşmalar olsa da hamımızın qəbul edib, başa düşdüyü format yoxdur). 

Bəzi istehsalçılar 1-10, bəziləri isə 1-5 şkala ilə bunu göstərir. Burada yeganə bilinməli olan faktor odur ki, sərt matras əlinizi vuranda taxta kimi sərt olan, uzananda az qala içərisində olan bütün mexanizmi hiss etdiyiniz matras deyil. 

Sərt matras, üstündə komfortu təmin edən yumşaq qatı olsa da, yumşaqlıq hissi versə də, uzandıqda bədəninizi düz saxlayan matrasdır.

Niyə sərt matras almalısınız? Kimlər üçün sərt matras daha yaxşıdır?

1 - Əgər siz və ya yoldaşınız əsasən üz üstə yatırsınızsa: Çünki, üz üstə yatanlar üçün onurğanın tamamilə düz formada qalmağı şərtdir. Yoxsa qısa müddət sonra xüsusilə də boyun və orta bel nayihədə ağrı və deformasiyalar ola bilər.
2- Çəkiniz biraz ağırdırsa: Çəkisi 90kg-dan artıq olanlar üçün sərt matras məsləhətlidir, çünki sərt matrasların ortopedik formanı çəkisi biraz ağır olan insanlar üçün daha yaxşı təmin edir.
3 - Bel ağrılarınız varsa: Dünyadakı heç bir matras müalicə xarakterli deyil, lakin əgər həkim düz yatmağı məsləhət görübsə və ya siz artıq yatağınızı hansısa üsullarla düm-düz etmisinizsə və ya yerdə yatanda bel ağrınız azalırsa onda mütləq sərt matrası yoxlayın.

4 -Yaşınız 45-dən yuxarıdırsaDünyadakı heç bir matras müalicə xarakterli deyil, lakin əgər həkim düz yatmağı məsləhət görübsə və ya siz artıq yatağınızı hansısa üsullarla düm-düz etmisinizsə və ya yerdə yatanda bel ağrınız azalırsa onda mütləq sərt matrası yoxlayın.


gygfrSu.jpg


Search