Bürclərə görə yuxu vərdişləri
Astroloji işarənizdən asılı olmayaraq, yuxu hər bir fərd üçün vacib rol oynayır. Bu çox geniş bir mövzu olsa da, ay işarələrinə qısa bir baxış yuxu vərdişlərimiz haqqında bir az fikir verə bilər. Narahat bir yuxu rejiminiz varsa, onu düzəltməyə birlikdə çalışaq.
Qoç bürcü
Qoçlar üçün ümumiyyətlə “daş kimi yatdı” ifadəsi tez-tez işlədilir.Ama ağlına bir şey gəlsə, yuxu kabusa çevrilir. Depressiya, baş ağrısı və narahatlıq kimi hallar yaşadıqları bir dövrdə Qoç bürcləri ağıllarını asanlıqla saxlaya bilmir və yuxu dövrü kəsilir.
Bu bürc üçün rahat bir yataq, sıfır səs -küy və sərin bir otaq tövsiyə olunur, yatmazdan əvvəl 20 dəqiqəyə qədər yoqa və ya açıq havada gəzmək faydalı ola bilər. Həmçini sakit musiqi və yuxu eynəyi istifadə etməyinizdə məsləhətlidir.
Buğa bürcü
Bürcü insanları yuxunu hər şeydən çox sevirlər və bir az daha yatmaq üçün edə bilməyəcəkləri heç nə yoxdur. Venera tərəfindən idarə olunan bu işarə fürsət verilsə bütün gün yata bilər.
Buğa bürcü insanları zövqlü bir yumuşaq yataq, rahat yastıqlar və zəif işıqlandırma ilə özünü daha xoşbəxt hiss edir yataq otağında. Vaxtında erkən yatarlarsa, ertəsi gün enerjili və təravətli görünürlər. Yataq otağında kı komponentlərə keyfiyyətli və sağlam yuxu üçün əhəmiyyət verərlər.
Əkizlər bürcüƏkizlər hər şeylə maraqlandıqları üçün şirin bir gecə yuxusunu çox zaman gecikdirirlər. İzlədikləri bir film, oxuduğu kitab və ya hər hansı bir hadisə oların yuxusunu qaçırda bilər. Yuxulu olsalarda maraqlarını təmin etmək üçün hərəkət etməyə davam edirlər.
Belə hallar çox vaxt oların əsəb sisteminə təsir edir. Əslində yuxu əkizlər bürcü üçün digər bürclardan fərqli olaraq pis fikirlərdən yenilənmə rolunu oynayır. Olar yataraq pis fikirlərdən, mənfi düşüncələrdən, narahatlıqdan uzaqlaşıb yuxu içində rahatlıq tapırlar. Əkizlər bürcü yatmazdan öncə yuxu meditasionları da etsələr çox daha rahat yatıb, yaxşı yuxular görərlər.
Xərçəng bürcü
Xərçənglər, yorğun və emosional xüsusiyyətlərinə görə yuxulu olurlar. Tez-tez yuxu görərlər lakin çox vaxt gördükləri yuxularıda xatırlamazlar. Bu bürcün insanları yuxuda öz xəyal aləmlərində dolaşarlar.
Həddindən artıq yuxudan və ya yuxusuzluqdan şikayətlənirlər. Səyahət edərkən və ya yeni yerlərdə yatmaqda çətinlik çəkən bir xasiyyətə sahibdirlər. Bu bürcün nümayəndələri yastıq və yorğan seçimlərinə daha çox fikir verməlidirlər.
Şir bürcü
Şir bürcünün nümayəndələri əksər hallarda narahat yuxuya gedirlər.
Yataq otaqlarında dəbdəbəni çox sevirlər, yuxuya getməzdən öncə adətən sevdikləri insanla telefon söhbəti və ya yataqda günlərini müzakirə etmədən, söhbətləşmədən yuxuya getmək istəməzlər. Çox rəngarəng yuxuları vardır.
Qız bürcü
Bu bürc altında doğulmuş insanlar sakit təbiətli və bir çox sıxıntını daxildə çəkirlər. Adətən yuxudan oyandıqda enerjili və canlı olaraq yuxudan oyanmazlar. Hər şeyi həddindən artıq düşünüb, planlaşdırdıqlarına görə gecələr rahat yata bilməzlər.
Gələcək və keçmişi çox götür qoy edər, sıxıntını həll etmədən yuxuya getməzlər. Çox səliqəli və qüsürsuz görünüşü sevdikləri üçün, yataq otaqları və yataqları daima şık olar. Yatmazdan öncə pis düşüncə və sıxıntılardan arınmaq üçün, meditasyonlar etsələr daha yaxşı yatarlar.
Tərəzi bürcü
Tərəzi bürcü insanları , ən dinc yuxuya gedə bilən insanlardı bürlər içində demək olar. Hər şeyi tarazlıqda saxlayan bu bürcün nümayəndələri, bir gecə 3-4 saat yuxu yatarlarsa ertəsi gün daha tez yatmağa çalışıb balansı qoruyurlar.
Yuxunun əhəmiyyətini yaxşı bilirlər. Yatmazdan öncə elektron cihazlardan uzaq olmaları daha məsləhətlidir.
Əqrəb bürcü
Tutqun və rəqabətli təbiət Əqrəb bürclərini yataq otağında da aktiv edir. Əqrəblər bütün gecəni işləyə, oxuya və ya söhbət edə bilər.
Buna baxmayaraq, ertəsi gün səhər bu vəziyyətdən təsirlənmirlər. Dözümlə və sərt bir orqanizma sahib olsalarda, uzun müddət belə davam etmələri məsləhət gorulmur. Bilmədən gizli sağlamlıqlarına təsir edə bilərlər.
Oxatan bürcü
Oxatan tez -tez yuxulu bir işarə olaraq tanınır. Erkən yatmağı və səhər mümkün qədər gec oyanmağı sevir əksəriyyəti.
Fərqli yuxuya sahib olub, fərqli də yuxular görərlər. Əksər hallarda yuxuları daha rəngarəng, hərəkətli olar. Güclü xəyal gücünə sahib olduqları üçün tez tez xəyal qurub oyanmaq istəməzlər yuxudan. Oxatanlar digər bürclərlə müqayisədə xoşbəxt yata və oyana bilirlər.
Oğlaq bürcü
Yuxusu Oğlaqlar üçün gündəlik bir iş kimidir. Olduqca zövq sahibi olan oğlaqlar yataq otaqlarınıda hər zaman zövqlü seçib, yuxularına böyük əhəmiyyət verərlər.
Əksəriyyətlərinin yuxuları çox dərin olur. Daha yaxşı istirahət, daha yaxşı həyat axını arzulayan oğlaqlar özünü sakitləşdirib,xoş yuxu gətirən ritual etməyə maraqlıdırlar.
Dolça bürcü
Bütün bürclərin içində ən xəyalpərəsti sayılır adətən. Yatmazdan öncə xəyallar qurmağı sevərlər. Yataq otaqları oları cəmiyyətdən uzaqlaşdırıb xəyallara aparır.
Sakit yuxuları olsada, bəziləri yuxuda danışarlar. Bu bürcün nümayəndələrini daha çox başqalarının etdikləri və gələcəkdə edəcəkləri düşündürüb narahat edir,yuxusunu qaçırdır. Buna görə yatmazdan öncə mənfi düşüncələrdən uzaqlaşmaq və başqalarının dərdini çəkməməyi məsləhət edirik.
Balıq bürcü
Balıq bürcü insanları sakit olsalarda ayıq yatırlar. Oların yuxusunu çox qısa olur və ani bir səs oyanmaqlarına səbəb olur.
Balıqların inanılmaz intuisiyası, anlayışı və altıncı hissi var. Balıqlar hər gün zehni və emosional olaraq çox enerji sərf edirlər. Buna görə çox yuxu balansını tənzimləməlisiniz. Gündə ən az 9 saat yatmaq, ertəsi gün özünü yaxşı hiss etməyin yeganə yoludur.