Yuxusuz gecələr üçün 15 dəqiqə qaydası

01.07.2022

insomnia-cures.jpeg

Araşdırmalar sübüt edib ki, əhalimizin üçdə bir hissəsi yuxusuzluqdan əziyyət çəkir. Bəzi insanlar üçün yuxu problemi qısa müddətdə həll oluna bilsə də, bəziləri bunun üçün yardım almalıdır. Çünki yuxu həyatımızın ən vacib amilidir. 

Əgər yatmaqda çətinlik çəkirsinizsə, yataqda uzun müddət oyaq qaldığınızın fərqindəsiniz. Bu, yatağınızın  narahat olması və ya həddindən artıq gərgin olmağınızla da əlaqəli ola bilər. Yatağa uzandığınız zaman 15 dəyqə ərzində yata bilmədinizsə o zaman yataqdan qalxıb, başqa otağa keçin yuxunuz gələnə qədər qalın orda.

Mütəxəssislərin fikrincə narahat yatmaqdansa və özünü yatmağa məcbur etməkdənsə qalxıb təmiz hava qəbul etmək daha yaxşıdır. Yata bilmədiiniz halda, yataqda qalmaq əksinə yuxuya getməyinizi çətinləşdirəcəkdir.Dəyərli yuxudan məhrum olduğunuz üçün yataqdan qalxmaq sizin üçün düzgün görünməyə bilər, lakin ertəsi gün daha tez yatmaq üçün "yuxu təzyiqi" yaranmağa kömək edəcəkdir.

GettyImages-507534232-cellphoneatnight_cropped.jpg

Həmçinin gecələr yataqda fırlananlara melatoninin (gecələr ifraz olunan və yuxu-oyanma dövrünə nəzarətlə əlaqəli hormon) istehsalını dəstəkləmək üçün yatmazdan əvvəl parlaq işıqdan qaçmağı və yatmazdan əvvəl 90 dəqiqə kitab oxumaq, yüngül musiqi dinləmək və rahatlaşdırıcı məşqlər etmək kimi fəaliyyətlərin də tövsiyə olunur.


Search