- 7 Zonalı Pocket Yay
- Hündürlüyü: 31 sm
- Dəstəq təbəqəsi: Türkiyə istehsalı olan 7 Zonalı pocket və Plaka Süngər.
- Komfort təbəqəsi: Pedli, HYPERCOOL Visko gel
- Parça:Türkiyə İstehsalı, Pambıq tərkibli, Hypoallergen, Antibakterial.
- Əsas xüsusiyyətləri və faydaları:
HyCaretexnologiyası sayəsində daim təmiz, bakteriasız və təravətli qalır.Visko geli pedi sayəsində istənilən formada yatanlar üçün əla seçimdir
7 zonalı pocket yayların hər zonasında olan yayların sərtlik dərəcəsi fərqli olur ki, bədənin 7 fərqli bölgəsi üçün ayrı dəstək təmin etsin. Beləcə,uzandıqda bədən öz ergonomik formasını alır və yatan adam üçün maksimum komfortu və bədən sağlamlığını təmin edir. Bu yay sistemində bədənin ən ağır bölgəsinə ən az, ən yüngül bölgələrinə isə ən çox qüvvə ilə dəstək verilir ki, həmin bölgələrdə qan hüceyrələri sıxılmasın, əzələlər gərginləşməsin və oynaqlar daim müqavimətlə qarşılaşmasın. Beləcə ağrılar olmasın, uzandıqda əzələlər tam boşalıb dincələ bilsin.Pocket yaylar çox uzun ömürlüdür, dözümlüdür. İstifadə olunan pambıq tərkibli parça yuxarıda qeyd olunan xüsusiyyətlərlə yanaşı həmçinin də yüksək sıxlıqdadır və qalındır.
HyCare Texnologiyası nədir?İstənilən isti mühitdə rütubət yarandıqda orada müxtəlif toz gənələri (dust mites), bakterialar və mikrobların yaranması üçün ideal mühit əmələ gəlir. HyCare parçanın iplərinə molekular səviyyədə işlənilən elə texnologiyadır ki, orada hətta nəm və isti mühitdə də bakteria əmələ gələ bilmir. Bunun nəticəsində də matrasınız həm allergiya yaratmır, həm də daim təravətli qalır.